Bakıda "Pizzaland"in biabırçı reklamları... - Eksklüziv - Süjet - VİDEO
Redaksiyamıza gələn növbəti şikayətlər əsasında bu dəfə Mərdanov qardaşları küçəsi 22 ünvanında yerləşən “Pizzaland”-ə üz tutduq. Şirkətin məhsullarının etik normalardan kənar, milli mentalitetimizə uyğun gəlməyən reklamları ilə bağlı araşdırmalara başladıq.
Düzü, kimə müraciət edəcəyimizi heç özümüz də bilmədik. Bu obyektdə rəhbərdən başqa hamı rəhbər idi! Aşpazından bir əda, sahibi kimi özünü gah Emil, gah da Elnur kimi təqdim edən “gözəgörünməz”dən başqa bir əda. Hər nə isə...
Çox çək-çevirdən sonra özünü obyektin sahibi kimi təqdim edən Elnur adlı şəxs telefon vasitəsilə bizimlə əlaqə saxladı. Səhərisi günə görüş təyin edildi. Bu dəfə “Elnur” “Fərhad” adı ilə redaksiyamıza təşrif buyurdu. Məsələdən agah olduğunu etiraf etsə də, günahsız olduğunu sübuta yetirməyə çalışdı. O, bizə bildirdi ki, "Pizzaland”-ı cəmi üç ay bundan əvvəl icarəyə götürüb və sözügedən səhv əvvəlki müdiriyyətə aiddir. Onun sözlərinə inansaq da, bir həqiqəti qeyd etməliyik ki, işə yeni başlamaq yeni səhifə açmaq deməkdir və bu səhifə ağappaq olmalıdır. Həmin səhifədə köhnə səhvlərə yer olmamalıdır.
Bütün bunlara baxmayaraq, “Pizzaland”in həm İnstaqram, həm də Facebookdakı səhifələrində əxlaqdan kənar olan reklamlar bu günə qədər hələ də qalmaqda idi. Və görünür, rəhbərlik 3 ay bundan əvvəlki problemli bu görüntüləri yığışdırmaq barədə ciddi düşünmür.
Məsələ ilə bağlı əlbəttə ki, Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynovla əlaqə saxlamalı olduq:
Amma bu cür fotolardan geninə-boluna istifadə edən “Pizzaland” rəhbərliyi bilməlidir ki...
Bir!
Mətndə, görünüşündə və səslənməsində irqlər, millətlər, peşələr, sosial kateqoriyalar, yaş qrupları, cinslər, dillər, yaxud fiziki şəxslərin dini, fəlsəfi, siyasi və digər formada əqidələrinə, həmçinin ümumi qəbul edilmiş humanizm və əxlaq normalarına zidd olan təhqiramiz sözlər, müqayisələr və obrazlar işlədildikdə, hər hansı fiziki və ya hüquqi şəxsi, fəaliyyəti, peşəni və ya əmtəəni gözdən saldıqda qeyri-etik reklama yol verilmir.
İki!
İstehlakçılarda haqlı olaraq ikrah hissi oyadırlar.Və bu səbəbdən gec-tez “bazarları öləcək”..
Böyük ettimalla bu süjet efirə getdikdən dərhal sonra “Pizzaland”in rəhbərliyi xoşagəlməz reklam mətnini sosial şəbəkələrdən siləcək. Əslində, bizim çalışdığımız da elə budur. Biz 4-cü hakimiyyət olaraq ona görə bu məsələni ictimailəşdiririk ki, bir daha bu cür xoşagəlməz hallar təkrarlanmasın. Sadə dillə desək, insanlar həyata təkcə öz prizmaları ilə deyil, həm də ictimai gözlə baxa bilsinlər.
Könül AYPARA