Ötən il DGK-nin xətti ilə büdcəyə 4 milyard 342 milyon manat vəsait köçürülüb
1775
"2021-ci ildə DGK-nin xətti ilə dövlət büdcəsinə proqnozlaşdırılan 3 milyard 900 milyon manata qarşı 4 milyard 342 milyon manat vəsait büdcəyə köçürülməklə proqnoza 111.4% faizə əməl edilib".
Bunu "Gömrük sistemində islahatlar, nəticələr, perspektivlər” mövzusunda keçirilən tədbirdə Gömrük ödənişlərindən azadolmalara nəzarət şöbəsinin rəisi Faiq Orucov bildirib:
"Bu da nəzərdə tutulan proqnozdan 442 milyon manat artıq deməkdir. Ayrı-ayrı gömrük ödənişlərinə baxsaq, ƏDV üzrə 107%, gömrük rüsumları üzrə 126.9%, aksizlər üzrə 96% yol vergisi üzrə 109.1% proqnoz yerinə yetirilib. Yalnız aksiz vergisində azalma müşahidə
edilmişdir ki, bu azalma tütün məhsulları üçün proqnozlaşdırlan aksiz vergisinin həcmində qeydə alınmışdır.Belə ki tütün məhsulları üzrə proqnozlaşdırlan həcmdə idxal əməliyyatı qeydə alınmamışdır".