\
25 Sentyabr 2024 - Çərşənbə

Yanvarda ölkədə qızıl hasilatı iki dəfə artıb

Yanvarda ölkədə qızıl hasilatı iki dəfə artıb
1686baxış

Bu ilin yanvar ayında Azərbaycanda 302,4 kq qızıl hasil olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə qızıl hasilatı 11,6% artıb. Ötən ilin dekabr ayı ilə müqayisədə isə qızıl hasilatı 2 dəfə artıb.

Gümüşə gəldikdə, ötən ay ölkə ərazisində 151,5 kq gümüş hasil olunub. Bu, illik müqayisədə 2,8 dəfə, aylıq müqayisədə isə 5% azdır.