\
23 Noyabr 2024 - Şənbə

Azərbaycan nefti 81 dollardan bahadır - Xarici valyuta ucuzlaşır

Azərbaycan nefti 81 dollardan bahadır - Xarici valyuta ucuzlaşır
1818baxış

Azərbaycan nefti 2 dollardan çox bahalaşıb. Mediapress.az xəbər verir ki, "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 2,21 dollar və ya 2,8% artaraq 81,03 dollar təşkil edib. Neftin bahalaşması fonunda milli valyutamız olan manat da dəyər qazanıb.

Mediapress.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, avronun məzənnəsi 0,12% azalaraq 2,0069 manat, Rusiya rublunun məzənnəsi isə 0,73% azalaraq 0,0273 manat təşkil edib. ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.