\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Bu gecə Xırdalan-Binəqədi yolunda hərəkət məhdudlaşdırılacaq

Bu gecə Xırdalan-Binəqədi yolunda hərəkət məhdudlaşdırılacaq
1760baxış

Aparılan təmir işləri ilə əlaqədar olaraq Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən hissəsində mayın 18-dən 19-na keçən gecə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Mediapress.az  "APA-Economics"in məlumatına əsasən xəbər verir ki, bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyi birgə məlumat yayıb. 

"Hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq. Bununla əlaqədar olaraq sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik", - deyə məlumatda vurğulanıb.