Qızıl bahalaşıb
ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin azalması fonunda qızıl bahalaşıb.
“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 0,23% və ya 4,15 ABŞ dolları bahalaşaraq, 1 unsiyası 1 844,85 ABŞ dollarına satılıb. Gümüşün iyul fyuçerslərinin qiyməti isə 0,48% artaraq, 1 unsiyası 21,688 ABŞ dolları təşkil edib.
Qiymətli metalın qiymətinin artmasına ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin azalması təsir göstərib. ABŞ-ın 10 illik “US Treasuries” istiqrazlarının gəlirliliyi 3,239%-dən 3,231% səviyyəsinə düşüb.
Bundan başqa, investorlar yüksək inflyasiya səbəbindən qızıl kimi “sığınacaq aktiv”lərə üstünlük verirlər. Belə ki, may ayının yekunlarına görə ABŞ-da illik inflyasiya 8,6% təşkil edib, bu isə 1981-ci ildən sonra ən yüksək göstərici hesab olunur.