Neft bahalaşıb
1014
Dünya bazarlarında neftin qiyməti cüzi artıb.
“Report” birjalara istinadən xəbər verir ki, “Brent” markalı neftin avqust fyuçersləri 0,5% bahalaşaraq 110,6 ABŞ dollarına satılıb. WTI neftinin avqust fyuçerslərinin qiyməti isə 0,34% artaraq 1 bareli 105,62 ABŞ dolları təşkil edib.
Hazırda birjalar ABŞ-ın “Baker Hughes” şirkətinin ABŞ-da aktiv neft buruqlarının sayı haqqında məlumatları açıqlayacağını gözləyir.