\
25 Noyabr 2024 - Bazar ertəsi

Liviyada bütün neft obyektlərinin fəaliyyəti bərpa olunur

Liviyada bütün neft obyektlərinin fəaliyyəti bərpa olunur
1997baxış

Liviyanın təxminən üç ay əvvəl bağlanan əsas neft yataqları və ixrac limanları fəaliyyətini bərpa edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Liviya Milli Neft Korporasiyasının ("National Oil Corporation", NOC) Direktorlar Şurasının yeni sədri Fərhat Benqdara bildirib.

O, bundan əvvəl Benqazidə ölkənin şərq regionunun bir sıra nüfuzlu şəxsləri, ağsaqqalları ilə görüş keçirib və onlar etirazçıların hərəkətləri nəticəsində bağlanan obyektləri açmağa söz veriblər. Aprel ayından etibarən onlar Liviyanın “neft ayparası”nın əsas yüklənmə dəniz terminallarını bağlayıblar, nəticədə Zuveytin və Breqa limanlarında bir-birinin ardınca fors-major vəziyyət elan edilib, sonra Əl-Fil və ən böyük Əş-Şarara yataqlarında neft hasilatı dayandırılıb.

"Milli Neft Korporasiyası fors-majorun dərhal aradan qaldırıldığını və Liviyanın bütün neft yataqlarının və limanlarının bağlanmasının tamamilə dayandırıldığını elan edir", - Benqdara danışıqlardan sonra bəyanatında bildirib.