Qızıl 7%-dək bahalaşıb
1885
Dünya bazarlarında qızılın qiyməti artaraq bir unsiyası 1708,85 ABŞ dolları səviyyəsində sabitləşib.
“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,4 % və ya 6,85 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 708,85 ABŞ dollarına satılıb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 1,53 % artaraq 1 unsiyası 20,905 ABŞ dolları təşkil edib.
Qiymətli metalın qiymətinin artmasına ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin azalması təsir göstərib. Belə ki, ABŞ-ın 10 illik “US Treasuries” istiqrazlarının gəlirliliyi 3,651 %-dən 3,615 % səviyyəsinə düşüb.