\
22 Noyabr 2024 - Cümə

Neft ucuzlaşıb

Neft ucuzlaşıb
2172baxış

Dünya bazarında neftin qiyməti düşüb.

Şimal dənizində hasil olunan “Brent” neftinin dekabr fyuçersləri 0,43 % ucuzlaşaraq 1 bareli 95,78 ABŞ dollarına satılıb. WTI neftinin noyabr fyuçerslərinin qiyməti 0,57 % düşüb və 1 bareli 90,61 ABŞ dolları təşkil edib.

İnvestorlar qlobal tənzimləyicilərin “aqressiv” hərəkətlərinin qlobal iqtisadi aktivliyin azalmasına və qlobal resessiyanın başlanğıcına səbəb olacağından narahatdırlar. Bu isə öz növbəsində “qara qızıl”a tələbatın azalmasına səbəb ola bilər.