\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Külək güclənəcək, temperatur 5-7 dərəcə enəcək - ETSN-nin xəbərdarlığı

Külək güclənəcək, temperatur 5-7 dərəcə enəcək - ETSN-nin xəbərdarlığı
1992baxış

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə əlaqədar xəbərdarlıq yayıb. 

Xəbərdarlıqda deyilir: mayın 26-sı axşamdan 27-si axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə enəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, mayın 26-sı axşamdan 27-si axşamadək Abşeron yarımadasında atmosfer təzyiqinin qısa müddətə xeyli yüksəlməsi fonunda xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Mediapress.az