\
23 Noyabr 2024 - Şənbə

Poroşenko “Qazprom”un 2.6 mlrd dollarını məcburən almağa başlayıb

Poroşenko “Qazprom”un 2.6 mlrd dollarını məcburən almağa başlayıb
1786baxış

Ukrayna prezidenti Stokholm arbitraj məhkəməsinin qərarını əsas götürərək Rusiyanın “Qazprom” şirkətinin hesabından 2.6 mlrd ABŞ dolları tutmağa başlayıb.

Mediapress.az RİA Novosti-yə istinadən xəbər verir ki, prezidentin mətbuat xidməti adıçəkilən şirkətin səhmlərinin İsveçrə, Böyük Britaniya, Niderlandda satışa çıxarıldığını bildirib.

P.Poroşenko “Naftoqaz”-ın rəhbəri Anderey Kobolevlə danışığında bildirib ki, məhkəmədə udulan məbləğin tezliklə büdcəyə daxil olması üçün xüsusi tapşırıqlar verib.  

Xatırladaq ki, Stokholm arbitraj məhkəməsi dekabr və fevral aylarında “Qazprom” və “Naftoqaz” arasındakı məhkəmə mübahisəsində birincini 2,56 mlrd dollar cərimə edib.

Məsələyə aydınlıq gətirən “Qazprom” eyni məhkəmədə kontraktları ləğv edəcəklərini  bildirib. Həmçinin mövcud qərardan şikayət verəcəklərini əlavə edib.