\
25 Noyabr 2024 - Bazar ertəsi

Azərbaycanda nağdsız ödənilən ƏDV-nin geri qaytarılan hissəsi artırıldı

Azərbaycanda nağdsız ödənilən ƏDV-nin geri qaytarılan hissəsi artırıldı
1760baxış

Azərbaycanda gələn ildən nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə nağdsız ödənilən ƏDV-nin 17,5%-i geri qaytarılacaq.

Bu, Prezident İlham Əliyev təsdiq etdiyi, Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, nağdsız əməliyyatlara görə ƏDV-nin geri ödənilən hissəsi 15%-dən 17,5%-ə qaldırılıb, nağd əməliyyatlara görə ƏDV-nin geri ödənilən hissəsi isə 10%-dən 5%-ə endirilib.