ABŞ əsas istehsalat sahələrində neft hasilatını artıracaq
1665
ABŞ Energetika Nazirliyinin proqnozlarına görə, cari ilin fevralında yanvar ayı ilə müqayisədə ölkədə əsas istehsalat sahələrində (hasilatın əsas hissəsi şist neftinin payına düşür – red.) neft hasilatı artacaq.
Mediapress.az-ın ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasına (EIA) istinadən verdiyi məlumata görə, gələn ay ən iri yataqlarda ortalama gündəlik neft hasilatı 76 min barel və ya 0,8% artaraq 9,375 mln. barelə çatacaq.
Məlumata görə, hasilat üzrə artım əsasən "Permian", "Eagle Ford", "Bakken", "Anadarko", "Appalachia” və "Niobrara" yataqlarının payına düşəcək.