Aksiz markası ilə markalanmalı və məcburi nişanlanmalı olan mallar müəyyənləşib
Azərbaycanda Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların siyahısı təsdiqlənib.
APA-nın xəbərinə görə, siyahı aşağıdakı kimidir:
- içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti);
- araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, konyak və konyak materialları, şampan şərabı, likör və likör məmulatları;
- şərab və şərab materialları;
- pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli içkilər, energetik içkilər və tündləşdirilməmiş alkoqollu içkilər (tərkibindəki spirtin miqdarı 9 faizdən çox olmayan).
Məcburi nişanlanmalı olan mallar:
- tütün məmulatları;
- elektron siqaretlər üçün maye;
- istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri;
- qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları;
- birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri.
Bu mallar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müsadirə edilərək satıldığı təqdirdə həmin mallara aksiz markası tətbiq edilir.