\
22 Noyabr 2024 - Cümə

FED-in iclasından sonra qızıl bahalaşıb

FED-in iclasından sonra qızıl bahalaşıb
1929baxış

Dünya bazarında qızılın qiyməti 0,34 % artıb, gümüşün qiyməti isə 0,85 % azalıb .

Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 6,65 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 976,75 ABŞ dollarına satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti 1 unsiyaya görə 25,183 ABŞ dolları təşkil edib.

Birjalar ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) iclasının nəticələrini qiymətləndirirlər.

Gözlənildiyi kimi ABŞ Mərkəzi Bankı uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq 5,25-5,5 %-ə çatdırıb.