\
13 Iyun 2024 - Cümə axşamı

“Mərkəzi Bank haqqında” Qanun dəyişib

“Mərkəzi Bank haqqında” Qanun dəyişib
2110baxış

Prezident İlham Əliyev “Mərkəzi Bank haqqında” qanunda dəyişiklik edilməsi barədə 6 iyul 2023-cü il tarixli qanunun tətbiqi barədə fərman imzalayıb.

Mediapress.az xəbər verir ki, fərmanla quruma tövsiyyə edilib ki, aşağıdakı normativ xarakterli aktları 6 ay müddətində təsdiq edib dövlət başçısına məlumat versin:

- Kredit təşkilatlarında və qanuna müvafiq olaraq ödəniş xidmətlərini həyata keçirən şəxslərdə kassa əməliyyatlarının aparılması qaydaları, habelə həmin təşkilatlar tərəfindən istifadə olunan nağd pul avadanlıqlarına dair minimum tələblər;

- İnvestisiya pul nişanlarının satışı qaydası;

- Pul nişanlarının reproduksiyası qaydası;

- Ödəniş xidmətləri təchizatçıları tərəfindən ödəniş əməliyyatlarının aparılması və onlar arasında hesablaşmaların həyata keçirilməsi qaydaları, həmçinin ödəniş alətlərinə dair tələblər;

- Maliyyə xidmətlərinin (məhsullarının) test məqsədli alışı qaydası;

- Xüsusi tənzimləmə rejiminin tətbiqi qaydası;

- Lisenziya və icazələrin verilməsi üçün təqdim olunan sənədlərin forması və məzmunu;

- Yoxlama haqqında hesabatın tərtib edilməsi qaydası, habelə forması və məzmunu.

Bundan başqa, Mərkəzi Bank yenilənmiş qanundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.