Sabah Neftçalada qaz olmayacaq
![Sabah Neftçalada qaz olmayacaq](https://img.mediapress.az/news/2023/11/photo_25242.jpg)
Sabah Neftçala rayonunun qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, “Ələt-Astara” avtomobil yolunun “Yenikənd-Biləsuvar” hissəsinin genişləndirilməsi məqsədilə tikinti sahəsinə düşən “Qaz İxrac” İdarəsinə məxsus “Neftçala qaz kəməri qolu”nun 20-ci km-də yerləşən yol keçidi hissəsinin yenidən qurulması ilə bağlı yeni çəkilmiş yüksək təzyiqli qaz xəttinin qaznəqli sisteminə birləşdirilməsi ilə əlaqədar noyabrın 15-də saat 08:00-dan təmir işləri başa çatanadək “Neftçala” Qaz Paylayıcı Stansiyadan qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Neftçala şəhəri daxil olmaqla rayonun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.