\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Tanınmış idman jurnalisti “Bakı metropoliteni” QSC-yə mətbuat katibi təyin olundu - Yeni təyinat

Tanınmış idman jurnalisti “Bakı metropoliteni” QSC-yə mətbuat katibi təyin olundu - Yeni təyinat
1581baxış

“Bakı metropoliteni” QSC-yə mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin olunub. Mediapress.az xəbər verir ki, bu vəzifəyə Bəxtiyar Məmmədov təyin olunub. 

Qeyd edək ki, buna qədər də B.Məmmədov şöbənin əməkdaşı olub. “Bakı metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsini 1 iyun tarixinə kimi Nəsimi Paşayev icra edib. İyunun 1-dən isə B.Məmmədov N.Paşayevin vəzifələrini müvəqqəti icra edib.

Xatırladaq ki, Bəxtiyar Məmmədov uzun illər idman sahəsində jurnalist fəaliyyəti ilə məşğul olub.