\
15 Iyul 2024 - Bazar ertəsi

Azərbaycan Avropa üçün mühüm qaz təchizatçısıdır - Ceyms O’Brayn

Azərbaycan Avropa üçün mühüm qaz təchizatçısıdır - Ceyms O’Brayn
1338baxış

Azərbaycan Avropaya qaz tədarükünü şaxələndirən mühüm təchizatçıdır.

Bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn deyib.

“Bu, hazırda Rusiyadan asılılığını azaltmağa və ya aradan qaldırmağa, o cümlədən tədarükləri şaxələndirməyə çalışan Avropa ölkələri üçün çox vacibdir”, - o vurğulayıb.