Bakıda Azərbaycan-Qazaxıstan kənd təsərrüfatı forumu keçirilir
7284
Azərbaycanla Qazaxıstan emal edilmiş kənd təsərrüfatı məhsullarının beynəlxalq bazarlarda ixracı üçün müzakirələr aparmalıdır.
Bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiyalar Mərkəzinin direktoru Anar Cəfərov Bakıda keçirilən Azərbaycan-Qazaxıstan kənd təsərrüfatı forumunda deyib.
"Bugünki tədbir iki ölkə arasında aqrar sahədə əlaqələrin inkişafına töhfə verəcək, əməkdaşlığı genişləndirəcək. Azərbaycanla Qazaxıstan arasında əməkdaşlıq sahələri genişdir, o cümlədən beynəlxalq səviyyədə əməkdaşlıq edirik. Azərbaycan Qazaxıstandan buğda alır. Bu gün forumda bir sıra sahələrdə fəaliyyət göstərən şirkətlər iştirak edirlər", - deyə o qeyd edib.