Türkiyə lirəsi rekord ucuzlaşmasını davam etdirir
1942
Türkiyə lirəsinin məzənnəsi ABŞ dollarına nisbətdə ucuzlaşmasını davam etdirir.
Trend-in məlumatına görə, lirə son sutka ərzində 10 faizdən çox ucuzlaşıb.
Belə ki, bu gün səhər saatlarında 1 dollar 6,2826 lirə təşkil etsə də, daha sonra lirə bir qədər sabitləşərək dollara nisbətdə 5,8346 lirəyədək azalıb.
Eyni zamanda isə 1 avro əvvəlcə 7,2264 lirə, daha sonra 6,6963 lirə təşkil edib.
Türkiyə lirəsi manata qarşı da ucuzlaşır. Avqustun 10-da bir manat 7 faiz möhkəmlənərək 0,2965 lirəyə bərabər olub.
Qeyd edək ki, il ərzində lirə dollara qarşı 35 faiz, avroya qarşı 40 faiz ucuzlaşıb.