"Azərişıq"dan abonentlərin narazılığına cavab - "Sayğaclara fiziki müdaxilə mümkün deyil"
Son günlər bir çox abonentlər aylıq elektrik enerjisi sərfiyyatı ilə bağlı "Azərişıq" ASC tərəfindən onlara göndərilən qəbzlərdəki yüksək rəqəmlərdən narahatlıqlarını ifadə edirlər.
Onlarda belə bir rəy yaranıb ki, sözügedən qurum elektrik haqlarını düzgün hesablamır. Səbəb isə odur ki, evlərə göndərilən qəbzlərdə aylıq elektrik sərfiyyatı əvvəlki aylara nisbətdə daha çoxdur.
Məsələ ilə bağlı "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev "Azərişıq" ASC-nin Təlim Tədris Mərkəzində media nümayəndələrinin iştirakı ilə tədbir keçirib.
Tədbirdə "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz, iqtisadçı ekspert İlham Şaban və "Azərişıq"ASC-nin rəsmi şəxsləri iştirak ediblər.
Tədbirdə AES.net proqramı ilə narazı abonentlərin sayğac kodu yoxlanılaraq, onlara detallı qaydada izah olunub. Həmçinin abonentlərə tədbirə canlı qoşularaq, problemlərini səsləndirmək imkanı yaradılıb.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) SMS sayğaclar şöbəsinin rəisi Araz Məmmədxanov abonentlərin narazılığına aydınlıq gətirib.
O, sayğaclara hər hansı kənar müdaxilə edilmədiyini bildirib:" "Bu gün smart və elektron sayağaclar bir sistemlidir və heç bir kənar müdaxilə mümkün deyil. Onların hər hansı funksiyası varsa, bu o sayağacın növlərini fərqləndirir və yaddaş blokunda heç bir xüsusi proqram yoxdur ki, o elektrik enerjisi sərfiyyatının göstəricilərinə müdaxilə etsin. Fiziki müdaxilə isə abonentlərin sayağaca vurduğu ziyan nəzərdə tutulur. Bu cür şikayətlər olduqda biz həmin sayğacları abonentlərin iştirakı ilə laboratotiyaya gətirib və yoxlayırıq. Nəticələr isə ictimaiyyətə açıq şəkildə paylaşılır. Abonentlərə tövsiyə edirik bir saat ərzində istehlak etdiyi enerjini sayağac göstəriciləri ilə yoxlasınlar. Bir saatdan sonra sayağacın göstəricilərinin hansı tempdə dəyişdiyini yoxlasınlar. Bu elə də çətin deyil." (musavat)