\
23 Noyabr 2024 - Şənbə

DİQQƏT! Azərbaycanda pizza şirkətləri insanları təhqir edir - EKSKLÜZİV: 18+ reklamları qalmaqala səbəb olacaq - FOTOLAR

DİQQƏT! Azərbaycanda pizza şirkətləri insanları təhqir edir - EKSKLÜZİV: 18+ reklamları qalmaqala səbəb olacaq - FOTOLAR
1377baxış

AİB rəhbəri: "“Dövlət orqanlarını bu kimi biabırçılığa son qoymağa çağırıram!"

Azərbaycanda reklam bazarı Reklam haqqında qanun, Mülki Məcəllə və digər qanunvericilik aktları ilə tənzim olunur. Daha doğrusu, belə olduğu düşünülür. İstehsalçılar üçün yaradılan azad rəqabət şəraiti onlara mal, məhsul və xidmətlərinin üstünlüklərini istehlakçılara çatdırılması üçün bərabərhüquqlu şərait yaratmağa xidmət edir. Lakin təəssüf ki, bir çox hallarda bu hüquqdan sui-istifadə hallarına rast gəlirik. Bəzi hallarda reklamın mətni həqiqəti əks etdirmir, yəni istehlakçı bilərəkdən aldadılır, digər hallarda isə istehlakçının elementar insan hüquqları pozulur. Daha dəqiq desək, ikinci halda insanlar reklam mətnləri ilə təhqir olunmuş vəziyyətə düşür. Sosial şəbəkələrdə geniş reklam olunan iki ictimai iaşə şirkətində bu cür neqativ halların şahidi oluruq. Belə ki, Bakı şəhəri, Mərdanov qardaşları küçəsi 22 ünvanında yerləşən Pizzaland şirkəti məhsullarının sosial şəbəkələrdə reklamı zamanı bayağı, sətiraltı mənası olan ifadələrdən və şəkillərdən geninə-boluna istifadə etməklə istehlakçılarda haqlı olaraq ikrah hissi oyatmaqdadır. Reklamın mətninə və şəkillərinə nəzər salsanız, nə demək istədiyimizi anlayacaqsınız. Bunu İnstagram və Facebook səhifələrindəki adekvat izləyici rəylərindən də açıq-aydın görmək olur. Fikrimizcə, əlavə şərhə ehtiyac yoxdur. Bu cür neqativ hala digər pizza şirkətinin reklamında da rast gəlmək olur. Belə ki, Bakı şəhəri, Naxçıvani küçəsi 15 ünvanında yerləşən Beer Daha Pub şirkəti təqdim etdiyi məhsulun reklamında mənəvi-etik normaları kobud şəkildə pozaraq, sətiraltı mənaları olan bayağı mətndən istifadə etməklə məşğul olur. Əvvəla, yaş məhdudiyyəti nəzərə alınmadan spirtli içkilər təbliğ olunur. İkincisi, reklamın mətni rus şrifti ilə (qeyd: kiril əlifbası) yazılıb. Üçüncüsü, pizzalar “Nataşadan” adı ilə təqdim olunaraq, istehsalçının “Vurun bədənə” çağırışı ilə təklif edilir. Göründüyü kimi, adıçəkilən reklamda Nataşa sözü ikimənalı istifadə olunub. Orta və yaşlı nəslin nümayəndələri yaxşı bilirlər ki, Nataşa sözü əksər dünya xalqlarının lətifələrində və məzəli əhvalatlarında yüngül əxlaqlı xanım kəlməsinin sinonimi kimi götürülür. Bunu reklam mətninə verilmiş atmacalı rəylərdən də görmək olur. Sosial şəbəkə istifadəçilərinin birbaşa istehsalçıya ünvanladıqları çoxsaylı şikayət ərizələrinə baxmayaraq, adıçəkilən məhsulun reklamı hələ də dəyişdirilməyib.

Faktla bağlı Azad İstehlakçılar Birliyinə (qeyd: AİB) müraciət etdik. Qurumun rəhbəri Eyyub Hüseynov məsələdən xəbərdar olduqlarını və diqqətdə saxladıqlarını bildirərək, narahatçılığını dilə gətirib. O, mövcud faktı biabırçılıq adlandıraraq, hisslərini gizlətməyib. “Bu biabırçılığa son qoyulmalıdır”, deyə açıqlama verən mütəxəssis hiddətinin əsaslı olduğunu vurğulayaraq deyib: “Dövlət orqanlarını bu kimi biabırçılığa son qoymağa çağırıram! Görün gözəl Azərbaycan xalqının başına xarici düşüncə nə gətirir?! Belə biabırçılıq axı heç xarici ölkədə də yoxdur!” Daha sonra E.Hüseynov problemi ictimailəşdirmək məqsədilə AİB-nə daxil olmuş şikayət ərizələrindən birini bizlərə təqdim edib. Səbuhə Quliyeva adlı vətəndaşın ərizəsi rus dilində yazılsa da, üslubunu və dəst-xəttini dəyişməmək məqsədilə olduğu kimi sizlərə təqdim edirik.

Председателю Союза потребителей 

Эюбу Гусейнову от Сабухи Кулиевой, 

проживающей по адресу: 

город Баку, Наримановский район,

 улица Алияра Алиева, 26, квартира 147. 

ЗАЯВЛЕНИЕ

Прошу Вас рассмотреть вопрос публикации в социальных сетях рекламных материалов, пропагандирующих шовинизм и вульгаризм. 

11 января, зайдя на страницу заведения Beer Daha Pub (расположенного в Баку, на улице Нахчивани, 15) в социальной сети Instagram, мы обнаружили на ней публикацию рекламного поста меню, включающего в себя алкогольный напиток и закуски под названием “Natasha-dan”, с комментарием от владельцев страницы: “Vurun bədənə”. Такая же публикация была распространена на странице заведения в социальной сети Facebook. 

Очевидно, что в данной рекламной публикации создатели заложили двойной смысл, намекая на сложившийся в прошлом в анекдотах и шутках образ девушки славянской внешности легкого поведения, которых на Востоке массово называли «Наташа». Об этом свидетельствуют и комментарии подписчиков страницы, которые с издевкой писали: «Раньше была «Наташа – три рубля и наша», а теперь подорожала». 

Несмотря на массовые возмущения, комментарии и просьбы удалить провокационный рекламный пост, создатели страницы этого не сделали.

Кроме того, в сети тут же появились упоминания на вульгарные рекламные публикации другого заведения: Pizzaland (также функционирующего в Баку, на улице братьев Мардановых, 22), создатели которых закладывали пошлый смысл в картинки и игру слов с упоминанием жаргонных ругательств.

Подобные рекламные материалы приводят к деградации общества, разжигают шовинизм и приводят к растлению молодежи. 

Просим Вас установить критерии публикации рекламных материалов и проследить за тем, чтобы провокационные публикации были удалены и в будущем не появлялись на общественных страницах.

Прикладываю фотографии рекламных публикаций, а также ниже копирую ссылки на сами публикации:

https://www.facebook.com/BeerDahaPub/photos/a.2026426967584032.1073741829.2024485511111511/2228738104019583/?type=3

 

https://www.facebook.com/mypizzalandpage/photos/a.800629776760906.1073741828.800578976765986/894958527328030/?type=3&theater

 

https://www.facebook.com/mypizzalandpage/photos/a.800629776760906.1073741828.800578976765986/827627024061181/?type=3&theater

Заранее благодарна.

Сабуха Кулиева