Bakıda torpağın qiyməti bahalaşır
1885
2018-ci ilin avqust ayında Bakıda torpaq bazarında bahalaşma müşahidə olunub.
Bu barədə Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib. Onun sözlərinə görə, bir sot torpağın qiyməti 0.24 faiz artıb və orta hesabla 22.258 manat təşkil edib.
Ekspert bildirib ki, torpaq bazarında bahalaşmaya səbəb tikintinin qismən aktiv olmasıdır.
N.İbrahimov bildirib ki, ümumilikdə bu ilin sonunadək Bakının daşınmaz əmlak bazarında qiymətlər 6 faizə qədər bahalaşa bilər.
Onun sözlərinə görə, ümumilikdə paytaxtda daşınmaz əmlak bahalaşmaqdadır. Amma bu əsasən kommersiya mənzilləri, torpaq, fərdi və bağ evləri bazarları hesabına baş verir.