\
23 Noyabr 2024 - Şənbə

Konstitusiya Məhkəməsi “Access Bank” QSC-nin məhkəmələrə qarşı şikayətinə baxdı

Konstitusiya Məhkəməsi “Access Bank” QSC-nin məhkəmələrə qarşı şikayətinə baxdı
1796baxış

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. Mediapress.az Məhkəmənin mətbuat xidmətinin açıqlamasına istinadən məlumat yayan "Report"a yönəlik xəbər verir ki, iclasda Azərbaycan Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” qanunun 7.1-ci maddəsinə əsasən, “Access Bank” QSC-nin idarə heyətinin məhkəmə aktlarından verdikləri şikayətə baxılıb. 

Şikayətin Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Şikayətə Plenumun noyabrın 30-na təyin edilən iclasında baxılacaq.