\
23 Noyabr 2024 - Şənbə

Uşaqlara siqaret və spirtli içkilər satan 2 mağaza cərimələndi - Bakıda

Uşaqlara siqaret və spirtli içkilər satan 2 mağaza cərimələndi - Bakıda
1869baxış

Bakıda yetkinlik yaşına çatmamış uşaqlara tütün məmulatları və spirtli içkilər satan 5 mağaza cərimə olunub.

Mediapress.az xəbər verir ki, dekabrın 25-də  Nazirliyin Baş İctimai Təhlükəsizlik, Xətai və Səbail Rayon Polis idarələrinin əməkdaşları birgə tədbirlər keçiriblər. Reydlər nəticəsində Xətai rayonu ərazisində 2, Səbail rayonu ərazisində isə 3 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib. Polis əməkdaşları tərəfindən həmin mağazaların 5 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunmuş və hər biri 100 manat cərimə olunmuşlar.

Bu istiqamətdə reydlər davam etdirilir.