\
23 Noyabr 2024 - Şənbə

Belçikada Uber taksi qadağan olundu - Hər fakt üzrə 10 min avro cərimə

Belçikada Uber taksi qadağan olundu - Hər fakt üzrə 10 min avro cərimə
1149baxış

Belçikanın Kommersiya Arbitraj məhkəməsi 3 il əvvəl qəbul edilmiş və Uber taksi xidmətinin fəaliyyətinin məhdudlaşdırılması üzrə qərarını daha da genişləndirib.

Mediapress.az BelRTL radiostansiyasının bugünkü məlumatına əsasən xəbər verir ki,  lisenziyası olmayan avtomobillər sərnişindaşıma ilə məşğul ola bilməzlər.

Xatırladaq ki, 2015-ci ilin payızında kommersiya münaqişələrinin həlli ilə məşğul olan məhkəmə UberPop onlayn servisinin fəaliyyətini qanundankənar elan etmişdi. Buna baxmayaraq, Uber xidməti adıçəkilən ölkədə fəaliyyətini dayandırmamışdı. Məhkəmənin indiki instansiyasının qərarı ilə hər sərnişindaşıma faktı üzrə 10 min avro cərimə nəzərdə tutulub. İndən belə Uber xidməti ancaq lisenziyaya malik olan taksi sürücülərinin xidmətindən istifadə etməlidir.

Qeyd edək ki, məhkəmənin sonuncu qərarı Brüssel kommunalarının birinin meri, “İslahatlar naminə hərəkat” adlı partiyanın üzvü Etterbek Vinsen de Vulf tərəfindən sərt şəkildə tənqid olunub. O, dəfələrlə bu barədə hökumətə yazılı etiraz göndərib və məhkəmələrin bu tip qərarlarını on minlərlə istehlakçının və minlərlə sürücünün hüquqlarına zidd olduğunu bəyan edib. Merin fikrincə, Uber yüksək xidməti, təhlükəsizliyi və münasib qiymətləri ilə azad rəqabətə tam hazırdır.