Dünya Bankının prezidenti istefaya hazırlaşır - Qeyri-rəsmi məlumat
1871
Dünya Bankının prezidenti Cim Yonq Kin istefaya getməyə hazırlaşır. Mediapress.az RİA.ru-ya istinadən xəbər verir ki, hələlik bu barədə məlumat bir neçə KİV-ə sızdırılıb və dəqiqləşdirilmə mərhələsindədir. Başqa sözlə desək, nə prezidentin özü, nə də Dünya Bankının idarə heyəti bu barədə rəsmi açıqlama verməyib.
Xatırladaq ki, əsası 1945-ci ilin 27 dekabr tarixində qoyulmuş bankın məqsədi inkişaf etməkdə olan dövlətlərə iqtisadi və maliyyə yardımı göstərməkdir.