\
23 Noyabr 2024 - Şənbə

“AXA Mbask”-ın rəhbəri və müavinləri dəyişdi

“AXA Mbask”-ın rəhbəri və müavinləri dəyişdi
1797baxış

“AXA Mbask” sığorta şirkətinin rəhbərliyində ciddi dəyişikliklər baş verib.

Mediapress.az “Report”a istinadən xəbər verir ki, Direktorlar Şurasının (DŞ) sədri Eldar Qəribovu bu vəzifədə şuranın digər üzvü Yavuz Ölken əvəz edib.

Bundan başqa, DŞ-nın üzvü olan Frederik Brays və Giyom Lejön Kristof Knaubla əvəzlənib.

Beləliklə, DŞ üzvlərinin sayı 5-dən 3-ə düşüb.