\
23 Noyabr 2024 - Şənbə

"Royal Bank"ın kreditorlarına kompensasiya veriləcək

"Royal Bank"ın kreditorlarına kompensasiya veriləcək
1848baxış

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu "Royal Bank" ASC-nin növbədə sonuncu olan təminatsız kreditorlarına kompensasiya ödəməyə hazırlaşır. 

Ödənişə yanvarın 28-də başlanılacaq və tələblər nağdsız formada qarşılanacaq. 

Kreditorlar ADIF-in Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən inzibati binasına müraciət edə bilərlər (tel.: (012) 596 65 91/92/93; qaynar xətt: 941). 

Mediapress.az