\
23 Noyabr 2024 - Şənbə

Ağdam işıqsız qaldı - Təmas xəttində qaranlıq

Ağdam işıqsız qaldı - Təmas xəttində qaranlıq
1880baxış

Ağdam rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb. Mediapress.az  xəbər verir ki, qəzaya rayon ərazisindən keçən elektrik xətlərində baş vermiş qısaqapanma səbəb olub. Rayonun Mahrızlı, Zəngişalı, Qaradağlı, Rzalı kəndləri və bır sıra başqa yaşayış məntəqələri işıqsız qalıb. "Azərişıq" ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev"Report"a faktı təsdiqləyib.

Onun sözlərinə görə, yaxın dəqiqələrdə elektrik enerjisinin verilişi bərpa ediləcək: "Artıq əməkdaşlarımız və texnikamız hadisə yerindədir. Qəza yerini tapıblar və təmir-bərpa işləri aparılır. Havanın dumanlı olmasına baxmayaraq, əməkdaşlarımız qəza yerində çalışır və 20-30 dəqiqə ərzində elektrik enerjisinin verilişi bərpa ediləcək".