\
13 Oktyabr 2024 - Bazar günü

Bu gün Binəqədi rayonunda və Abşeronun bəzi yerlərində su kəsiləcək - Təmirlə əlaqədar

Bu gün Binəqədi rayonunda və Abşeronun bəzi yerlərində su kəsiləcək - Təmirlə əlaqədar
1779baxış

Bu gün Bakının Binəqədi, eləcə də Abşeron rayonunun Saray və Ceyranbatan qəsəbələrinə içməli suyun verilməsinə məhdudiyyət olacaq. Mediapress.az “Azərsu” ASC-dən məlumat alan “Report”a istinadən xəbər verir ki, suyun kəsilməsi magistral su xəttində aparılan yenidənqurma işləri ilə əlaqədardır. 

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.