\
23 Noyabr 2024 - Şənbə

Azərbaycan nefti 66 dollardan baha satılır

Azərbaycan nefti 66 dollardan baha satılır
1793baxış

Neftin bahalaşması tendensiyası davam edir.

Mediapress.az xəbər verir ki, Azərbaycan dünya bazarında “Azeri Light” markalı neftinin bir barelini 66,16 dollara satıb.

Beləliklə, qiymət artımı 0,31 dollar və yaxud 0,47% təşkil edib.

 

“Brent” markalı neftin bugünkü qiymətləri də bahalaşmanı göstərir. Bakı vaxtilə saat 10:00-a olan məlumata görə, dünya bazarında “Brent” nefti 64.84 dollara satılır.  

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında 19,15 dollar səviyyəsində qeydə alınıb. Maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub.