ABŞ-ın Maliyyə Nazirliyi Konqresdən dövlət borcunun yuxarı həddini artırmağı xahiş edib
ABŞ-ın Maliyyə Nazirliyi dövlət borcunun yuxarı həddinin müəyyən edilmiş həddə çatmasını nəzərə alaraq maliyyə əməliyyatlarını davam etdirmək üçün "fövqəladə tədbirlər"dən istifadə edir.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə nazirliyin nümayəndəsi Stven Mnuçin ABŞ Konqresində təmsil olunan Respublikaçılar və Demokratlar partiyalarının liderlərinə göndərdiyi məktubda bildirilir.
Qeyd edək ki, martın 2-dən etibarən ABŞ hökumətinə dövlət borcunu Konqresin razılığı olmadan artırmağa icazə verilmir. "Fövqəladə tədbirlər" isə maksimum 1 ay müddətində həyata keçirilə bilər və Konqres mümkün defolt hallarından qaçmaq üçün dövlət borcunun yuxarı həddini artırmalıdır.
“Mən Konqresi ABŞ-a olan inamı müdafiə etməyə çağırmaq istərdim. Biz elan etməliyik ki, mümkün qədər qəsa müddətdə dövlət borcunun yuxarı həddini artıra bilərik", - deyə nazir qeyd edib.