“Azneftmaşservis” idarəetmə orqanlarını seçəcək
1949
“Azneftmaşservis” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
Mediapress.az rəsmi qəzetə istinadən xəbər verir ki, illik yığıncaq mayın 3-dəsaat 10:00-da ASC-nin inzibati binasında keçiriləcək.
Yığıncağın gündəliyinə ASC-nin idarəetmə orqanlarının ötən ilə dair maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı, dividendlərin bölüşdürülməsi, illik hesabatların təsdiq edilməsi, təşkilati məsələ, ASC-nin idarəetmə orqanlarının seçilməsi və digər məsələlər daxildir.