\
25 Noyabr 2024 - Bazar ertəsi

Nazirliyə 6,8 milyon manat ayrılıb (SƏRƏNCAM)

Nazirliyə 6,8 milyon manat ayrılıb (SƏRƏNCAM)
1890baxış
Prezident İlham Əliyev "Maştağa qəsəbəsində 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ərazisində yeni korpusun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
 
Mediapress.az xəbər verir ki, sərəncamla Maştağa qəsəbəsində 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ərazisində yeni korpusun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.12-ci yarımbəndində göstərilən vəsaitin 6 807 400 (altı milyon səkkiz yüz yeddi min dörd yüz) manatı Səhiyyə Nazirliyinə ayrılıb.