Çin dünyanın ən böyük tankerini quracaq
1859
Şanxayın gəmiqayırma şirkəti olan “Hudong-Zhonghua” mayeləşdirilmiş təbii qaz daşınmaları üçün dünyanın ən böyük tankerini tikəcək.
"Report"un TASS-a istinadən verdiyi məlumata görə, gəmi 270 min kub/m-dək enerji daşımağa qadirdir.
Bildirilir ki, layihələndirmə işlərini Norveçin dəstəyi ilə həyata keçiriləcək. Əldə olunan razılaşmaya əsasən, hər iki ölkədən olan konstruktorlar tankerin inşası üçün 2020-ci ilədək bütün lazımi texniki sənədlər hazırlayacaq.