\
25 Noyabr 2024 - Bazar ertəsi

"Bakı Metropoliteni"də 200-ə yaxın artıq ştat vahidi ixtisar olunub

"Bakı Metropoliteni"də 200-ə yaxın artıq ştat vahidi ixtisar olunub
1832baxış

Bakı Metropoliteni” QSC-də aparılmış audit nəticəsində 922,5 min manat vergi məbləğinin müvafiq hesabat dövrləri üzrə dəqiqləşmiş vergi bəyannamələrinin təqdim edilməsi ilə dövlət büdcəsinə artıqödəmələrin hesabına ödənilməsi (əvəzləşdirilməsi) təmin olunub.

Hu barədə Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilir. 

Hesabat ilində ümumilikdə təhvil verilməmiş 1 666,0 min manat məbləğində inventar və avadanlıq təhvil verilib, 1 308,6 min manat məbləğində inventar və avadanlıq isə uçota alınıb. Həmçinin yerinə yetirilməmiş 3 818,5 min manat məbləğində işlərin görülməsi və 10,8 min manat dəyərində bina və tikilinin uçota alınması təmin edilib.

Kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə 8 586,0 min manat məbləğində əsaslı təmir xərcləri müvafiq qaydada tanınıb, 666,0 min manat məbləğində artıq hesablanmış amortizasiya məbləğinə düzəliş verilib, mənzil fondunun artırılmış zərəri 183,3 min manat məbləğində azaldılıb.

Hesabat ilində həyata keçirilmiş tədbirlər üzrə 2 478,7 min manat məbləğində debitor borcun uçota alınması, 25 437,8 min manat məbləğində debitor borcun isə bağlanılması təmin edilib. Eyni zamanda 1 516,4 min manat kreditor borc uçota alınıb və 3 294,9 min manat məbləğində kreditor borc azaldılıb.

Nəzarət tədbirləri ilə 537,3 min manat artıq maliyyələşmə məbləği və 194,9 min manat müqavilə məbləğinin azaldılması təmin edilib. Aparılmış tədbirlərin nəticəsi kimi 197,5 vahid artıq saxlanılmış ştat vahidi ixtisar olunub.