Azərbaycandan Monteneqroya birbaşa reyslər aparılacaq
1769
Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadənin Mediapress.az-a verdiyi məlumata görə, bu ilin iyulun 5-dən sentyabrın 13-ə qədər PASHA Holidays (PASHA Travel-in struktur bölməsi) Tivata şəhərinə çarter reysləri təşkil edəcək.
Avropanın bu turizm regionunun imkanlarının təqdimatı fevralın 8-də JW Marriot Absheron mehmanxanasında saat 18.30-da baş tutacaq. Milli Turizm Təbliğat Bürosundan verilən məlumata görə, tədbirdə Azərbaycanla Monteneqro və Xorvatiya arasında ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunacaq. Təqdimatda Azərbaycanın 300-ə qədər turizm şirkətinin nümayəndəsi iştirak edəcək. Monteneqro Azərbaycanla vizasız rejim tətbiq edib.
Hazırladı: Könül AYPARA