"Rusiya bazarı çox böyükdür və bizə maraqlıdır" - Rövnəq Abdullayev
1274
"Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rusiyadakı Antipinsk neft emalı zavoduna marağı var".
Bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, hazırda zavodun alınması ilə bağlı danışıqlar aparılır, amma hələ ki, bu istiqamətdə konkret nəticə yoxdur.
"Rusiya bazarı çox böyükdür və bizə maraqlıdır. Ümumilikdə isə SOCAR dünyanın hər yerində danışıqlar aparır", - deyə R.Abdullayev qeyd edib.