\
22 Noyabr 2024 - Cümə

Azərbaycan, İran və Rusiya enerji şəbəkələrini birləşdirəcək

Azərbaycan, İran və Rusiya enerji şəbəkələrini birləşdirəcək
1851baxış

Azərbaycan, İran və Rusiya arasında enerji şəbəkələrinin birləşdirilməsi layihəsinin əsaslandırma sənədləri hazırlanacaq.

Bu barədə Rusiyanın Vahid Enerji Sistemi operatorunun məlumatında bildirilir.

“Avqustun 12-də Rusiya, Azərbaycan və İran üç ölkənin enerji şəbəkələri arasında Şimal – Cənub enerji dəhlizi layihəsinin texniki iqtisadi əsaslandırmanı müştərək hazırlamaqla bağlı saziş imzalayıb”, – məlumatda deyilir.

Azərenerji” ASC, İranın “Tavanir” şirkəti, Rusiyanın Vahid Enerji Sisteminin tərəf olduqları saziş üç ölkənin enerji sistemlərinin qovuşmasına dair layihədə sifarişçi qismində iştirak edən “Tavanir” şirkəti digər iki iştirakçı ilə razılaşmaq şərti ilə əsaslanmanı hazırlayacaq şirkəti seçəcək. Sənədləri bir il ərzində hazırlayıb yekunlaşdırmaq nəzərdə tutulur.

Hələ 2005-ci ildə Azərbaycanla Rusiya arasında iqdisadi əməkdaşlığa dair Hökumətlərarası Komissiyasının qərarlarında iki ölkə arasında enerji sistemlərin birləşdirilməsinə qarşılıqlı maraq ifadə olunub. Bundan əvvəl Rusiya tərəfi texniki şərtlərini hazırlayaraq Azərbaycana və İrana göndərib.

Bakıda 2018-ci il aprelin 26-da üç ölkənin enerji naziri müavinləri səviyyəsində keçirilən görüş zamanı sözügedən şərtlər razılaşdırılmış, enerji sistemlərinin birləşdirilməsi məsələsinə dair üçtərəfli işçi qrupu yaradılmışdı. (report)