Qaradağda sement zavodu vergi borcuna görə satışa çıxarıldı
1214
Qaradağda fəaliyyət göstərən sement zavodu vergi borcuna görə satışa çıxarılıb. Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, vergi ödəyicisi “Bakı Sement Təmir” Kollektiv Müəssisəsinə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ ünvanında yerləşən ofis və anbara (bir mərtəbəli daş bina) 15 min manat və anbara (9 mərtəbəli daş bina) 5000 manat qiymət qoyulub.
Binaların ilkin hərrac qiyməti də 15 min manat və 5000 manat məbləğində dəyərləndirilib. Hərracda iştirak etmək istəyənlər əmlaklara görə müvafiq olaraq 750 manat və 250 manat beh verməlidir.