Rəqəmsal transformasiya və rəqəmsal hökumət quruculuğu sahəsində kordinasiya varmı?
Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüzü rəqəmsal transformasiya və rəqəmsal hökumət haqqında olan yazısını sizlərə olduğu kimi təqdim edir
Tam səmimi deyim ki , artıq mən İİTK-in portallarının sayını itirdiyimdən, köhnə xəbər olacağını düşünərək Google-a müraciət etdim .
Elə qurumun adı + Portal ifadəsini daxil etdikdə ən azı 5-6 portal təqdimatı haqqında məlumat görsəndi : Monitoring.az, azexport.az , enterpriseazerbaijan.com, azranking.az, www.azerp.az və s.
Düzü, anlamıram nə baş verir. Doğurdanmı bu qədər portallara ehtiyac var?
Bəkə qurum elə bilir ki, onun statusunu dəyişərək Portallar Mərkəzinə çeviriblər?
Bir müddət öncə, İİKM yaradıcı məhsulların Azexport Portalı vasitəsilə bazara çıxışı ilə bağlı “Kreativ Azərbaycan: yaradıcı məhsulların “Azexport.az” portalı vasitəsilə ixrac imkanları” bir tədbir düzənləmişdi.
Dünən isə məlumat verildi ki Mədəniyyət Nazirliyi məhz bu məqsədlə daha bir yeni portal – www.creative.az -“Kreativ Azərbaycan” portalını yaradıb və artıq təqdimatını da keçirib.
Bir neçə gün öncə keçirilən sərgidə də NRYTN –nin MHM qurumu nəsə bir elektron sənəd dövriyyəsi resursunu təqdim edirdi.
Bildiyim qədər artıq ayrı-ayrı mərkəzi icra qurumlarına məxsus bir neçə belə resurs da mövcuddur
Yeri gəlmişkən, başqa bir oxşar halı bir daha xatırlatmaq istərdim.
Təhsil Nazirliyinin çox uğurla tərbiq olunan məktəbəqədər hazırlıq və 1-ci sinfə qəbulla bağlı E-növbə informasiya sistemi var. Buna baxmayaraq artıq Bakı şəhər İcra Hakimiyyəti bağçalara qəbulla bağlı eyni mahiyyətli dövlət elektron resursunun hazırlanmasını sifariş edib.
Belə olan halda sual yaranır ki rəqəmsal hökumət sahəsində Kordinasiya varmı ?
Qanunvericiliklə belə bir səlahiyyət VXSİ Dövlət Agentliyinə verilib və bu məqsədlə Elektron Hökumətin İnkişafı Mərkəzi də yaradılıb.
Bu qurum isə bir sıra uğurlu layihələr reallaşdırsa da Kordinasiya sahəsində göründüyü kimi işlər qaydasında getmir. (Hokm.az)