\
7 Oktyabr 2024 - Bazar ertəsi

35 saylı dairədə qalib məlum oldu - Rauf Arifoğlu!!!

35 saylı dairədə qalib məlum oldu - Rauf Arifoğlu!!!
1865baxış

35 saylı Xətai III seçki dairəsində səsvermənin nəticələri elan olundu. Qalib Rauf Arifoğludur. 

MSK-nın saytında dərc olunan məlumata görə, Abbasov Rauf Arif oğlu seçicilərin 49,2 faizini toplayaraq seçkinin qalib olub.

Qeyd edək ki, gecə açıqlanan ilk nəticələrə görə, 35 saylı Xətai III seçki dairəsində qalib müəyyən olunmamışdı. Bundan başqa, daha 6 dairənin qalibi məlum deyildi. MSK sədrinin açıqlamasında bildirilirdi ki, həmin dairələrş dair şikayətlər var və onlara baxılacaq.

Mediapress.az