\
7 Oktyabr 2024 - Bazar ertəsi

Şəmkirdə yanğında xəsarət alanlar Bakıya gətirildi – Vəziyyətləri ağırdır

Şəmkirdə yanğında xəsarət alanlar Bakıya gətirildi – Vəziyyətləri ağırdır
1599baxış
Şəmkirdə yaşayış evində yanğın zamanı xəsarət alan xəstələr Bakıya gətirilib.
 
Bu barədə Qaynarinfo-ya Şəmkir rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Xəstəxanadan bildirilib ki, hər iki xəstənin vəziyyəti ağır olub:
 
"Vəziyyətləri çox pis idi. Bu üzdən gecəykən Bakıya apardılar”.
 
Qeyd edək ki, Şəmkir rayonunun Ələsgərli kəndində yanğın hadisəsi baş verib. Yanğın zamanı bir nəfər ölüb, iki nəfər - 1978-ci il təvəllüdlü Əhmədov Zöhrab və onun övladı, 8 yaşlı Rüstəm yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Vəziyyətlərinin ağır olduğu bildirilir.