\
7 Oktyabr 2024 - Bazar ertəsi

Yeni deputat rektor vəzifəsində qalacaqmı?

Yeni deputat rektor vəzifəsində qalacaqmı?
1588baxış

Parlament seçkilərinə görə məzuniyyət götürən və Milli Məclisin deputatı seçilən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov bu gündən işə çıxıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq institutdan bildirilib.

Qeyd olunub ki, rektorun məzuniyyəti bu gün bitib və o, artıq iş başındadır: “Ceyhun Məmmədovun məzuniyyəti dövründə rektor vəzifəsini institutun Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov icra edib”.

C.Məmmədovun deputat kimi fəaliyyətə başlayandan sonra İlahiyyat İnstitutunun rektoru vəzifəsində qalıb-qalmayacağına gəlincə, bildirilib ki, bu barədə yaxın günlərdə məlumat veriləcək: “Hələlik bununla bağlı heç bir informasiya yoxdur. Qərar olanda ictimaiyyətə açıqlanacaq”.