\
7 Oktyabr 2024 - Bazar ertəsi

Türkiyə Hələb yaxınlığında iki müşahidə postu tikir

Türkiyə Hələb yaxınlığında iki müşahidə postu tikir
1598baxış

Türkiyə ordusu Hələbin qərbindəki Əl-Atarib şəhəri yaxınlığında iki müşahidə postunun inşasına başlayır. “Qafqazinfo”nun xəbərinə görə, bu barədə “Əl Mayadeen” telekanalı məlumat yayıb.

Qeyd olunur ki, postlar son vaxtlar qarşıdurmaların gücləndiyi İdlibin deqalasiya zonasındakı Tavvama və Kfar-Karmin yaşayış məntəqələrində olacaq.

 

Kanalın bildirdiyinə görə, Ankara bu postlarla Əl -Atarib yaxınlığında davam edən Suriyanın hərbi hücumunun qarşısını almaq niyyətindədir.