\
7 Oktyabr 2024 - Bazar ertəsi

Biləsuvar sərhəddi yenidən açıldı

Biləsuvar sərhəddi yenidən açıldı
1779baxış

İranın Biləsuvar Gömrük İdarəsinin rəisi, koronavirusla bağlı kontrol tədbirlərinin görülməsindən 2 saat sonra İrandan Azərbaycana Biləsuvar gömrük mərzinin yenidən açıldığını bildirib.

Mediapress.az “Təsnim”ə istinadən xəbər verir ki, Ramin Zəhiri, “saat 10-da Azərbaycan tərəfindən mərz bağlanmışdı və nəhayət, səmpaşi edildikdən iki saat sonra yenidən açıldı. Bütün musafirlərin doktur müayinəsindən sonra Azərbaycana keçmələrinə icazə verilir”, - deyə bildirib.

“Hazırda İran vətəndaşlarının Azərbaycana gediş-gəlişinə icazə verilir və Azərbaycan Gömrüyünün qoyduğu tək məhdudiyət sərnişinlərin yükləridir. Bu yüklər anbarlara daşınır və ölkələrinə girişinə icazə verilmir”, - deyə Ramin Zəhiri əlavə edib.

O, koronavirusla mübarizə üçün görülən tədbirlərə işarə edərək bildirib ki, tibb xidmətin fəaliyyəti ilə vəziyyət, şübhəsiz ki, kontrol altındadır və şübhəli hallar yoxlanılır”.