\
7 Oktyabr 2024 - Bazar ertəsi

Bulvarda sevgililərin intihar görüntüsü yayıldı - VİDEO

Bulvarda sevgililərin intihar görüntüsü yayıldı - VİDEO
1641baxış
Bu gün səhər saatlarında Bakı Bulvarında baş verən intihar hadisəsi ilə bağlı görüntülər yayılıb.
 
BakuPost-a istinadən xəbər verir ki, görüntülədə sudan çıxarılan oğlan ölən sevgilisi üçün ağlayır, sağ qalmaq istəmədiyini deyir.
 
Sabirabad rayon sakini 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı və 1995-ci ildə anadan olmuş Məmmədov Babahüseyn Zöhrab oğlu özünü dənizə atıb. Bakı Bulvar İdarəsinin mühafizəçiləri – Bayram Əliyev və Namiq Mahmudov 25 yaşlı oğlanı sudan çıxararaq xilas etmək mümkün olsa da, gənc qız boğularaq ölüb.
 
İlkin araşdırmalar zamanı məlum olub ki, bir-birini sevən gənclər ailələrinin razılığa gəlməmsi səbəbindən evlənə bilməyiblər. Bundan sonra onlar Bakıya gələrək görüşüblər və Bulvar ərazisində olarkən əvvəlcə N.Rzazadə, daha sonra isə B.Məmmədov özünü dənizə atıb.